• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin Azərbaycandakı səfiri məhkəməyə verilib

İsrailin Azərbaycandakı səfiri məhkəməyə verilib
29.05.2020 05:24
İsrailin Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Məhkəmədə iddia qaldıran isə səfirliyin keçmiş işçisi Qəzənfər Atayevdir.

Bizimyol.info xəbər verir ki, səfirliyin sürücüsü olmuş Qəzənfər Atayev işdən çıxarılandan sonra məhkəməyə üz tutub. O, işdən çıxarılması barədə əmrin qanunsuz hesab edilib ləğv olunaraq işə bərpa edilməsini, əmrə görə səfirin məsuliyyətə cəlb olunmasını, işsiz qaldığı müddətə görə isə əməkhaqqısının hesablanıb ödənilməsini tələb edib.
Yasamal rayon Məhkəməsi iddianı yolverilməz hesab edib, iddiaya baxmaqdan imtina edilib. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilib – iddianın mümkünsüz sayılması barədə qərardad ləğv edilib. Qərar verilib ki, Yasamal rayon Məhkəməsi bu iddiaya baxmalıdır. Yasamal rayon Məhkəməsi ikinci dəfə iddiaya baxıb, bu işə xitam verib. Qəzənfər Atayevə də izah olunub ki, səfirliyin və səfirin toxunulmazlıq immuniteti var. Diplomatik missiyanın üzvləri, o cümlədən səfir mülki məhkəmə məsuliyyətindən azaddır. Ona görə də səfirə qarşı mülki qaydada qaldırılmış işə məhkəmə baxa bilməz.
Qəzənfər Atayev iddiasına baxılmasını istəyirsə, bunun üçün ilk növbədə səfirliyin immunitetinin ləğvi üçün İsrail dövlətinə müraciət etməlidir.
Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol