• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik məşhur oteli cərimələdi

Nazirlik məşhur oteli cərimələdi
20.08.2014 13:34
Səhiyyə Nazirliyi Sanitar-Epidemioloji Stansiyasının rəhbərliyi dünən baş vermiş insidentdən sonra “Hyatt Regency” otelində hovuzun suyunun tam dəyişdirilməsi və orada dezinfeksiya işlərinin aparılması barədə xəbərə aydınlıq gətirib.Virtualaz.org xəbər verir ki, dünən otelin hovuzunda iyrənc mənzərə yaranması barədə məlumat yayandan dərhal sonra Səhiyyə Nazirliyinin əməkdaşları ora gedərək qayda-qanun yaratmağa başlayıblar. Halbuki otelin administrasiyası və fitnes-mərkəzin rəhbərliyi gün ərzində inadkarlıq göstərərək hovuzda dezinfeksiya işləri aparmaqdan imtina edirdilər. Nəticədə Sanitar-Epidemioloji Stansiyanın briqadası otelə gedərək hovuzda müvafiq normalar çərçivəsində dezinfeksiya işləri aparıb.Sanitar-Epidemioloji Stansiyanın rəisinin müavini Vaqif Abdullayev virtualaz.org saytına bildirib ki, “Hyatt Regency” oteli sanitar-epidemioloji normaları pozduğuna görə cərimələnib.Xatırladaq ki, dünən səhər “Hyatt Regency” otelinin fitnes-mərkəzinin müştəriləri virtualaz.org saytının redaksiyasına müraciət edərək otelin hovuzunun suyunun nəcislə murdarlandığını, mərkəzin rəhbərliyinin isə suyu dəyişməkdən və hovuzu təmizləməkdən imtina etdiyini bildirmişdilər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol