• $
  • €
  • ₽
  • ₺
  • £

Nadir Qafarzadə polislərlə dalaşdı - Cinayət işi açıldı

Nadir Qafarzadə polislərlə dalaşdı - Cinayət işi açıldı
20.08.2014 13:21

Müğənni polis idarəsinə aparılıb 

Tanınmış müğənni Nadir Qafarzadə ilə polislər arasında qarşıdurma olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müğənni Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindəki 1 saylı Ruhi Əsəb Dispanserində xidmət aparan mühafizə polisinin əməkdaşları ilə dalaşıb. Bəlli olmayan səbəblərdən müğənni ilə asayiş keşikçiləri arasında narazılıq yaranıb. Bu zaman N.Qafarzadə polislərə qarşı kobudluq edib, onları söyüb. Dərhal hadisə yerinə Sabunçu rayon Polis İdarəsi, 14-cü Polis Bölməsinin əməkdaşları gəlib. Müğənni bölməyə aparılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

 

Bildirilir ki, əvvəlcə tanınmış müğənniyə Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi ilə iş başlanılıb. Lakin çox keçmədən cinayət işinin istintaqı dayandırılıb və işə xitam verilib. Xuliqanlıq əməli ilə bağlı materiallar isə 14-cü polis bölməsinin təhqiqat şöbəsinə göndərilib. Hazırda müğənninin əməli ilə bağlı polis bölməsində araşdırmalar aparılır.

 

Məsələ ilə bağlı Lent.az Nadir Qafarzadə ilə əlaqə saxlayıb. O, əvvəlcə Maştağada bağ evinin olduğunu desə də, sonradan mətləbə gəlib: “Qardaşım Maştağadakı ruhi-əsəb xəstəxanasında müalicə olunur. Ona görə ora getmişdim. Mən azadlıqdayam. Başqa nəysə öyrənmək istəyirsinizsə polislə danışın”.

 

Qeyd edək ki, Nadir Qafarzadənin qardaşı Qarabağ müharibəsində başından ağır xəsarət alıb və uzun müddətdir ki, ruhi-əsəb dispanserində müalicə olunur.

 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol