• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Cəbrayılov prokurorluğa çağırıldı

Rafael Cəbrayılov prokurorluğa çağırıldı
12.10.2019 09:58
Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb. 

Anews.az Yenisabah.az-a istinadən xəbər verir ki, çağırış keçmiş deputatın adı keçən "borc qalmaqalı” ilə bağlıdır. İddia olunur ki, Rafael Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyyə edilib.

Rafael Cəbrayılovun 300 min ABŞ  dolları borclu olduğu Təranə Fətəliyeva isə Yenisabah.az-a keçmiş deputatın prokurorluğa çağırılması barədə məlumatsız olduğunu deyib. "Onun prokurorluğuna çağırılıb-çağırılmadığını bilmirəm. Amma mənə bu həftənin üçüncü gününə borcu qaytaracağını söz vermişdi. Artıq iki gün keçib. Əgər qaytarmasa, mən özüm prokurorluğa müraciət edəcəm”, -deyə Təranə Fətəliyeva bildirib.

O, digər borcluların da hələ pullarını geri almadığını deyib.
Rafael Cəbrayılovun özü ilə isə danışmaq mümkün olmayıb.
Xatırladaq ki, keçmiş deputat bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Pulu qaytaracağına zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Lakin borcu vəd etdiyi vaxtda qaytara bilməyib. Eyni zamanda zərərçəkənləri təzyiq edib. Onlar da öz növbələrində məsələni ictimailəşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina barədə Milli Məclisə müraciət edib. Rafael Cəbrayılovun müraciəti baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərlib. MSK-nın qərarı ilə Rafael Cəbrayılovun mandatı ləğv olunub

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol