• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda sərnişin 400 manat pul tapıb

Bakı metrosunda sərnişin 400 manat pul tapıb
12.10.2019 16:52
Oktyabrın 10-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları maraqlı hadisənin şahidi olublar. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib.

Polis əməkdaşı bu barədə dərhal aidiyyatı üzrə məlumat verib. Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib.


Metropolitendə Polis Şöbəsinin rəhbərliyinin tapşırığı ilə R.Ələsgərov və M.Allahverdiyeva Şöbəyə dəvət edilib, polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb. 

"Bu kimi hallarla rastlaşarkən vətəndaş mövqeyi sərgiləmək, tapdığımız əşyaları sahibinə qaytarmaq üçün polisə müraciət etmək həm də əsl vətəndaşlıq borcudur", - deyə, DİN-dən bildirilib
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol