• $
  • €
  • ₽
  • ₺
  • £

"İşçilər də, işəgötürənlər də maraqlıdır müqaviləsiz işləməyə" - ekspert

"İşçilər də, işəgötürənlər də maraqlıdır müqaviləsiz işləməyə" - ekspert
19.10.2019 10:00

"Bu günə qədər Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən həyata keçirilmiş 158 monitorinqdə 6120 nəfər yoxlanılıb və bu şəxslərdən 1185 nəfərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib".

Bu barədə Azərbaycan RespublikasıPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin başlamasının 2 ili bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, son 2 il ərzindəBakışəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında aparılan monitorinqlər öz müsbət nəticələrini verir:

"Əgər monitorinqlər başlanıldığı ərəfədə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 34%-i rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 5%-ə qədər azalıb. Yalnız monitorinq edilmiş işəgötürənlər üzrə monitorinqlərdən sonra 78 663 əmək müqaviləsi imzalanıb. Eyni zamanda, bir podratçı şirkət 2017-ci ilin sonunda orta hesabla rəsmi qeydiyyata alınmış 35 işçiyə malik idisə, hazırda bu göstərici 70 işçi təşkil edir ki, bu da 2 dəfə artım deməkdir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinindən isə bildiriblər ki, İnzibati Xətalar Məcəlləsinin 192.1.-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

"Tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı araşdırmalarınız olurmu?” sualına cavab olaraq bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar 01 yanvar 2021-ci il tarixədək dayandırıldığı üçün Xidmət tərəfindən 01 noyabr 2015-ci ilin tarixindən etibarən sahibkarlıq subyektlərində yoxlama həyata keçirilmir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi monitorinqlər həyata keçirir və monitorinqlər nəticəsində aşkar edilən faktlarla bağlı məlumatları mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

Monitorinq Mərkəzi tərəfindən nazirliyə təqdim edilən məlumatlar əsasında qanunvericilik çərçivəsində, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 192.1.-ci maddəsinə uyğun olaraq aidiyəti işəgötürənlərlə bağlı müvafiq inzibati təbirlərin görülməsi, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi işləri aparılır.

Onu da qeyd edək ki, qeyri-rəsmi məşğuluğun qarşısının alınması üçün görülən tədbirlər nəticəsində 2019-cu ilin yanvar-sentyabr aylarında əmək müqavilələrinin sayı 126 min artaraq 1 milyon 528 min 246 müqavilə təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə artım deməkdir.


İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dünyanın bir çox ölkəsində, o cümldən Azərbaycanda da tikinti sahəsində qeyri-rəsmi iş yerlərinin çox olması faktı var, lakin bu, Azərbaycanda daha geniş yayılıb.

Onun sözlərinə görə, bu da sonradan ciddi problemlərə gətirib çıxardır.



"Dünyanın bir çox ölkəsində, o cümldən Azərbaycanda da tikinti sahəsində qeyri-rəsmi iş yerlərinin çox olması faktı var, lakin bu, Azərbaycanda daha geniş yayılıb. Bu, hətta rəsmi statistikalarda da özünü göstərir. Ümumiyyətlə, tikinti sahəsi daha çox multiplikativ sahədir və burda qeyri-rəsmi iş yerləri digər sahələrlə nisbətdə daha çoxdur. Bu da işçinin hüquqlarının pozulmasına gətirib çıxardır. İşəgötürən istənilən vaxt nəyisə bəhanə edib işçini işdən çıxarda bilir və buna görə məsuliyyət daşımır”, - deyə iqtisadçı ekspert bildirib.

Natiq Cəfərli deyir ki, qeyri-rəsmi iş yerlərinin olması işəgötürənlərə də sərf edir, işçilərə də.

Onun sözlərinə görə, bir çox hallarda işçilər də əmək müqaviləsinin bağlanmamasında maraqlı olurlar.

"Vergi qanunvericiliyində son dəyişikliklərdən sonra, müəyyən məsələlər yarandı. Gəlir vergisi ləğv olundu, amma bunun əvəzində 200 manatadan yuxarı hissəsinin 6 manatı, üstəgəl 10%-i Sosial Müdafiə Nazirliyinə köçürülməli oldu. Bu da işçilərdə maraq yaratdı ki, əmək-müqaviləsi olmadan, qeyri-rəsmi işləsinlər. Sosial müdafiə ödənişi yüksək olduğundan, onlar əmək müqaviləsi olmadan işləməyə üstünlük verirlər. Həm də ona görə buna üstünlük verirlər ki, gələcəkdə normal təqaüd alacaqlarına inanmırlar. Bununla yanaşı isə, işçiyə verilən əməkhaqqının 4%-ini və 200 manatdan yuxarı hissənin 15%-ini işəgötürən ödəməlidir. Bu, işəgötürənlərdə də maraq yaradır ki, qeyri-qanuni, yəni, əmək müqaviləsi olmadan işləməyə üstünlük versinlər”, - deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Həzi

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol