Deputatın və generalın qohumu məhkəmə qarşısında

Bakıda silahlı insident törətməkdə təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.
Cinayət işi hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Cinayət işində 4 zərərçəkmiş var.
Məlumata görə, Bakı sakini Əzizov İsa Nadir oğlu və yanında olan digər şəxslər bir neçə nəfərə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki "Vinçester” markalı silahdan atəş açıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz silah saxlama) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, İ.Əzizov Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























