• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlər üçün ŞAD XƏBƏR – Bu peşələr üzrə qeydiyyat başladı

İşsizlər üçün ŞAD XƏBƏR – Bu peşələr üzrə qeydiyyat başladı
15.10.2019 16:31
Yeni sahələr üzrə peşə hazırlığı kurslarına qeydiyyat davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə Hotellər və Restoranlar Assosiasiyasının (DAİR) birgə təşkil etdiyi turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşələr üzrə hazırlıq kurslarına müdavim qəbulu davam edir.

Kurslarda öyrədiləcək peşələrin siyahısına daha iki peşə də əlavə edilib.

Beləliklə, elan edilən peşə hazırlığı kursları aşağıdakı peşələr üzrədir:

    Aşpaz (Azərbaycan kulinariyası)
    Qənnadçı
    Ofisiant (banket və ziyafətlər üçün)
    Ofisiant (yüksək kvalifikasiyalı)
    Dağ turist marşrutları üzrə bələdçi
    Ekskursiya bələdçisi
    Qeydiyyatçı (mehmanxanada) / Receptionist
    Konsyerj
    Mehmanxana qapıcısı (belman)
    Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner
    Barmen

    Konfrans və tədbir təşkilatısı
    Turanimator

Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına cəlb edilmək üçün müraciət edə bilərlər.

Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində - turizm və qonaqpərvərlik biznesi müəsissələrində  təcrübə keçməklə tədris ediləcək.

Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçiriləcək.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar.

İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər.

Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.

Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər.  Seçdiyiniz peşənin adını elektron məktubun mövzü bölməsində qeyd etməyiniz xahiş olunur.

Əlaqə nömrəsi: 
+99412 562 75 34 - Rəşad Muradov
+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol