• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur

Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur
16.10.2019 19:44
Borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rafael Cəbrayılov milyonçular məhəlləsində yerləşən villasını satışa çıxarıb. 

Anews.az yenisabah-a istinadən xəbər verir ki, keçmiş deputatın villanı satışa çıxarması borcları qaytara bilməməsilə bağlıdır.

Əmlakın ilkin satış qiyməti 1,5 milyon manat göstərilib.

Qeyd olunur ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur. Onlar keçmiş deputatdan pullarını geri qalmaqda israrlıdırlar. Borclu olduğu şəxslərdən möhlət istəyən Rafael Cəbrayılov da fərqindədir ki, pulları geri qaytarmayacağı təqdirdə həbs təhlükəsi ilə üzləşə bilər. 

Məlumatda o da vurğulanır ki, Rafael Cəbrayılov borc qalmaqalına görə qardaşı Elşən Cəbrayılovu ittiham edir. O, bir neçə dəfə qardaşından problemi yoluna qoymağı tələb etsə də, nəticəsi olmayıb.

Bu baxımdan, Rafael Cəbrayılov borclu olduğu şəxsləri qardaşına üstünə qaldırmağa çalışır. Hətta onlardan hüquq-mühafizə orqanlarına şikayət edəcəkləri təqdirdə qardaşının da adını hallandırmağı xahiş edib. Lakin onlar pulu keçmiş deputata verdiklərindən Elşən Cəbrayılovla konfliktə girmək istəmirlər.

Bu arada, məlumat yayılıb ki, Sumqayıt şəhər məhləməsinin qərarına əsasən Rafael Cəbrayılova və qardaşına məxsus "Dərhal” MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın ikisi və kompleksdəki obyektlərdən biri söküləcək.

Məlumatı yayan jurnalist Cavanşir Həsənli qeyd edib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının "Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.

Sözügedən ərazini Rafael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb. Zakir Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib.

Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol