Deputat Azərbaycanda internetin sürətindən şikayətləndi

Deputat Tahir Mirkişili Azərbaycandakı internetin sürətinin zəif olmasından şikayətlənib.
"Hesablamalara görə, internetin sürətinin iki dəfə artırılması ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun 0.3% artımına səbəb olur. 2018-ci ildə Azərbaycanda ÜDM-in həcmi 80 milyard manat olub.
Demək, internet infrastrukturunu təkmilləşdirməklə, orta internet sürətini 6.2 Mbit/san etməklə iqtisadiyyatda əlavə 240 milyon manat dəyərin yaranmasına nail olmaq mümkündür. Bu isə əlavə olaraq minlərlə iş yeri və büdcə gəlirlərinin artması deməkdir”.
Deputat əlavə edib ki, dünya üzrə orta internet sürəti 11 Mbit/san-dir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























