• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Ebola virusuna görə xüsusi palatalar yaradıldı

Bakıda Ebola virusuna görə xüsusi palatalar yaradıldı
19.08.2014 15:21

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda palatalar yaradılıb 

Azərbaycanda Ebola virusu ilə bağlı hər hansı şübhəli hal aşkar olunarsa, həmin şəxsin yerləşdirilməsi üçün müvafiq yer ayrılıb.

 

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında deyib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müvafiq palatalar yaradılıb və hər hansı hal aşkar olunarsa, virus şübhəli şəxslər oraya yerləşdiriləcək. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Azərbaycanda Ebola virusuna qarşı bütün hazırlıq işlərini görüb, şübhəli hal aşkar olunarsa, xəstələrin yerləşdirilməsi üçün palatalar, müasir tematik müalicənin aparılması üçün də kifayət qədər dərman var. V. Qasımov qeyd edib ki, bu virusun spesifik müalicə preparatları yoxdur, amma simptomatik müalicə üçün kifayət qədər dərman və ehtiyat mövcuddur.

 

Nazirlik rəsmisi əlavə edib ki, virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparat – termovizorun quraşdırılması təklif edilib: “Bu aparatların sərhədlərdə quraşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən Dövlət Gömrük Komitəsinə müvafiq müraciət olunub. Nazirlik tərəfindən vəziyyətlə bağlı məlumat verilib, aparatın quraşdırılması təklif edilib və onlar tərəfindən də bu istiqamətdə iş  görülür. Məndə olan məlumata görə, artıq bu istiqamətdə iş gedir və aparatlar quraşdırılır. Bu, hərarəti ölçən aparatdır. Bizim üçün əsas məsələ Afrika ölkələrindən gələn insanların yoxlanılmasıdır. Hər hansı hal aşkar olunarsa, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək”.

 

Qeyd edək ki, səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi ilə əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol