• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

Azərbaycanda gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019 16:12
2020-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, 2019-cu ilin yanvar-avqust ayları ərzində inflyasiya isə 2,6 faiz təşkil edib. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

İnflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.

Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə ortaaylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol