• $
  • €
  • ₽
  • ₺
  • £

Eyni nömrəli bu bahalı maşınlar hansı oliqarx oğlunundur? - FOTOLAR

Eyni nömrəli bu bahalı maşınlar hansı oliqarx oğlunundur? - FOTOLAR
19.08.2014 14:08

Bir müddət öncə "Hafka” ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun evinin qarşısında fotokameramıza tuş gələn avtomobilin "oxşarı” Bakı küçələrində üzə çıxıb.Axar.az-ın müxbiri xəbər verir ki, maşınlar fərqli markalardan olsa da, dövlət nömrə nişanları eynidir: 10 MM 010.Hafiz Məmmədovun evinin qarşısında olan və oğluna məxsus olduğu iddia edilən avtomobilin markasının "Porşe” olduğu haqqında bir müddət öncə məlumat getmişdi. Eyni dövlət nişanına məxsus olan avtomobil isə "Mercedes Benz SLS AMG” markalıdır.Hələlik ikinci avtomobilin kimə məxsus olması haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb. Lakin hər iki maşını bir-birinə oxşar edən bir ortaq məqam var. Belə ki, həm Hafkanın evinin qarşısında, həm də Bakı küçələrində aşkarlanan avtomobilin ön hissəsində dövlət nişanı yerləşdirilməyib: 10 MM 010 dövlət nömrə nişanı yalnız avtomobillərin arxa hissəsinə bağlanıb.Məsələ ilə əlaqədar Axar.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iki fərqli maşına eyni nömrənin vurulmasının yolverilməz olduğunu dedi. O, qanunvericiliyə əsasən, bir dövlət nömrə nişanının ancaq bir avtomobilə məxsus ola biləcəyini bildirdi:"Eyni nömrənin iki müxtəlif maşına vurulması yolverilməzdir. Ümumiyyətlə, maşının təkcə arxa və ya ön hissəsinə dövlət nömrə nişanının vurulması da qanunla qadağandır: dövlət nömrə nişanı həm öndə, həm də arxada olmalıdır. Görünür, bunu edən hər kimdirsə, hər iki maşın ona məxsusdur. Böyük ehtimalla, o, bunu bilərəkdən edib.Fakt saytınızda dərc olunandan sonra biz bunu mütləq araşdıracağıq. Bu, sürücünün əməlidir və əgər belə bir fakt varsa, deməli, sürücü qanunu kobud şəkildə pozub, buna görə də cəzalandırılmalıdır. Hər xətanın isə özünəuyğun cəzası var”.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol