• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət

Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət
19.10.2019 22:30
Mətbuat Şurası müxalifət nümayəndələrindən ibarət Milli Şuranın oktyabrın 19-da metronun "28 May” stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Şuradan "Qafqazinfo”ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupunun üzvləri ərazidə olublar.
Eyni zamanda jurnalistlər monitorinq qrupu üzvlərinin 050-206-96-02 və 055-288-95-53 mobil telefon nömrələrinə də zəng edərək vəziyyəti bildirmək imkanı əldə ediblər: "Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradılıb. Ancaq aksiya ilə bağllı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media mənsublarına da tətbiq edilib. Bununla əlaqədar monitorinq qrupuna məlumatlar daxil olub.

Jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində "Press” yazılmış gödəkçələrdə olublar. Bununla belə sıra KİV nümayəndələri aksiyaya bu tələbə məhəl qoymadan qatılıblar. Üzərində "Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər isə özlərini aksiya iştirakçısı kimi aparıblar.

Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu gələcəkdə də məsələni ciddi nəzarətdə saxlayacaq.

Mətbuat Şurası hüquq-mühafizə orqanlarının təmsilçilərini də bir daha üzərində "Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaratmağa, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə, diqqətli davranışa çağırır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol