• $
  • €
  • ₽
  • ₺
  • £

Polis polkovniki: Əli Kərimli ölkədəki vəziyyəti süni şəkildə gərginləşdirir

Polis polkovniki: Əli Kərimli ölkədəki vəziyyəti süni şəkildə gərginləşdirir
21.10.2019 15:30
Öz mövqeyini təfərrüatı ilə açıqlamaq və ölkə rəhbərliyi ilə mülki tələbləri müzakirə etmək əvəzinə, AXCP sədri Əli Kərimli respublikadakı vəziyyəti gərginləşdirməyə çalışaraq, gənclərlə polisləri toqquşdurub.

Bu fikirləri Oxu.Az-a açıqlamasında ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev Bakıda baş tutan razılaşdırılmamış mitinqi şərh edərkən deyib. 
"Azərbaycan Konstitusiyasına görə, hər kəsin sərbəst toplaşmaq hüququ var. Heç kim vətəndaşları bu hüquqdan məhrum edə bilməz, lakin eyni zamanda, bu hüquqdan sui-istifadə edilə bilməz. Bu, mütləq bir hüquq deyil, burada incəlik var. Əgər ölkədə sabitlik təmin edilirsə, vətəndaşlar və diplomatik korpuslar yaranmış vəziyyətdən razıdırlarsa və demokratik islahatlar aparılırsa, bu, ölkənin inkişaf etdiyini göstərir.

Uzunmüddətli milli proqramlar qəbul edilib, vətəndaşların təhlükəsizliyi təmin edilib. Əhalinin polisə inam baxımından Azərbaycan MDB ölkələri arasında lider mövqe tutur. Bu vəziyyətdə narazı qalacağımız bir səbəb yoxdur, qarışıqlıq yaratmağa mənəvi haqqımız yoxdur”, - Ş.Əliyev bildirib. 
O qeyd edib ki, polis ictimai təhlükəsizliyi təmin edən sistemdir:
"Daxili işlər orqanlarının səlahiyyətlərinə xələl gəlməməlidir. Əgər Əli Kərimli özünü uzaqgörən siyasətçi hesab edirsə, heç olmasa, icazəsiz hərəkətin bütün nəticələrini, o cümlədən, insanların polisə qarşı aqressiv münasibətini görməlidir. Və əgər bunu başa düşübsə, onda onun əsas məqsədi vəziyyəti süni şəkildə gərginləşdirmək, xaos yaratmaq və sabitliyi pozmaq idi. Dünən hakimiyyəti əlində saxlaya bilməyənlər bu gün ölkə rəhbərliyinə qarşı çıxırlar? Bu, absurddur”.

Ş.Əliyev son illər ərzində ölkədə aparılan işlərə diqqət yetirib:
"Davam edən sosial proqramlara baxın - maaşlar, pensiyalar, sosial müavinətlər artır. Aztəminatlı ailələrə yardım genişlənir. Bu göstəricilər baxımından Azərbaycan MDB ölkələri arasında yaxşı nəticələr əldə edib. Bu islahatlara qarışmamalıyıq.
Sadəcə, bəziləri məğlubiyyətlərini qəbul edə bilmirlər. Bütün bunlar dövləti dünya birliyinin gözü qarşısında alçaltmaq üçün edilir”, - o qeyd edib. 
Ş.Əliyev bildirib ki, ağıllı insanlar sabitliyi müdafiə edirlər. Ölkədəki iğtişaşlara qarşıdırlar.
"Hər bir vətəndaş dövlətin iqtisadi inkişaf yolundakı səylərini qiymətləndirməlidir. Dövlət və biz birik. Dövlət başçısının və komandasının siyasi kursunu dəstəkləyirik”, - müsahibimiz əlavə edib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol