• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ

Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ
22.10.2019 13:28
"İlkin olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ödənişli olması nəzərdə tutulub. Hazırda bununla bağlı müzakirələr aparılır”.

Anews.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

A.Nəcəfli qeyd edib ki, yolun inşası başa çatdırıldıqdan sonra detallar bəlli olacaq:
"Yolun inşasının 2020-ci ilin sonuna yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra yolun ödənişli olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq”.

AAYDA rəsmisi qeyd edib ki, hələlik digər yolların ödənişli olması müzakirə olunmur:
"Bundan əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun da ödənişli olması məsələsi vardı. Amma hazırda həmin yolun pullu olması gündəmdə deyil”.
A.Nəcəflinin sözlərinə görə, Əgər Bakı-Quba-Rusiya sərhədi yolunun ödənişli olması reallaşarsa, bunun digər yollarda da tətbiqi mümkün olacaq:
"Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından ondan geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.

Tariflərə gəldikdə, mətbuat katibi bunun Tarif Şurası tərəfindən gələcəkdə müəyyənləşəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olacağı açıqlanmışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol