Bakıda 380 binanın dam örtüyünün təmirinə başlanılıb

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərinində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 10,0 milyon manat vəsait ayrılıb.
Prezident sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə başlanılıb. Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, şürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir.
Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmamazlıqların dərhal aradan qaldırılmasını təmin edir.
www.anews.az
BŞİH-dən Trend-ə verilən məlumata görə, ilk növbədə dam örtüyünin təmir ediləcək 380 binanın siyahıları, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podratçılar müəyyənləşdirilib.
Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmamazlıqların dərhal aradan qaldırılmasını təmin edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























