• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi - FOTO

Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi - FOTO
29.05.2020 10:36
Bu gün Azərbaycanda bir ilk yaşanıb. Şəhər xəstəxanalarının birində 64 yaşlı azərbaycanlı qadın dünyaya əkiz uşaqlar gətirib. 
Milli.Az bildirir ki, Musavat.com-un reportyor qrupu süni mayalanma ilə hamilə qalan və hamiləlikboyu dərman qəbul etməyən qadının əməliyyat anını lentə alıb. 
Daha sonra adının açıqlanmasını istəməyən ananın həkimi, ginekoloq Cəlaləddin Örnek əməliyyat prosesindən və ana və körpələrin səhhətindən danışıb: "Çox xoşbəxtik,növbəti dəfə bir qadına analıq sevincini yaşatdıq. Pasientimiz bizə yaxınlaşanda ana olmağı çox istədiyini dedi. Öncə ana olmaq istəməyib, illər sonra isə ana olmağa hazır olduğunu düşünsə də, qismət olmayıb. Müəyyən müalicə prosesi keçdikdən sonra süni mayalanma etdik. Qadın ilk dəfədir ki, süni mayalanma prosesi keçirdi. Orqanizmi çox sağlam idi, 25 yaşlı qadının belə orqanizmi olur. Hamiləlikboyu dəmir preparatı içdi. Əlavə heç bir dərmandan istifadə edilmədi. Çox sağlam şəkildə qidalanırdı. Bu gün əməliyyat da uğurlu keçdi. Bir qız və bir oğlan övladı dünyaya gəldi. Onların da sağlamlıq durumu yerindədir". 
Əməliyyatda iştirak edən digər ginekoloq Elnurə Mustafayeva isə xanımlara səslənib. O, bildirib ki, qadınlar ana olmaq üçün gecikməsin: "Əməliyyat çox yaxşı keçdi. Həyəcanlı idik. Çünki bir ilkə imza atırdıq. Dünyada 6 və ya 7 qadın var ki, 64 yaşından sonra uşaq dünyaya gətirib. Bəzi qadınlar düşünür ki, menepoza girdikdən sonra övlad sahibi ola bilməyəcəklər. Amma süni mayalanma yolu ilə onların ana olması mümkündür. Bizim ən yaşlı pasientimiz 51 yaşlı qadın olub.  Amma bu gün 64 yaşlı qadını xəyallarına qovuşdurduq. Sizin vasitənizlə qadınlara səslənirəm. Ana olmaq üçün illərlə gözləməsinlər, orqanizm hər yaşda öz sözünü deyir, ona görə də vaxtında ana olsunlar". 
 
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol