• $
  • €
  • ₽
  • ₺
  • £

17 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürən şəxs kimdir? - TƏFƏRRÜAT

17 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürən şəxs kimdir? - TƏFƏRRÜAT
23.10.2019 11:13
Gəncə şəhəri Bağmanlar qəsəbəsində baş verən qətl hadisəsinin bəzi detalları məlum olub.

Anews.az baku.ws istinadən xəbər verir ki, "Xan Arxı" adlanan çayxanada mübahisə zəminində 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanaraq öldürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, qətli 10-cu sinif şagirdi Məmmədov Elgün Rövşən oğlu törədib.

Hər iki şəxs bir ərazidə qalır və onların uşaqlıqdan münasibətləri olub. Hadisə baş verən gün isə öldürülən Verdiyev Əzim Elşad oğlunun Elgün Məmmədovun qohumu ilə mübahisəsi düşüb.

Ətrafdakı insanlar tərəfləri bir neçə dəfə ayırıb. Buna baxmayaraq mübahisə davam edib. Bu zaman E.Məmmədov bıçaqla Əzim Verdiyevin ürək nahiyyəsinə zərbə endirib.

17 yaşlı yeniyetmə xəstəxanaya aparılsa da yolda keçinib. Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirli bilinən E.Məmmədov tutulub. Onun barəsində Gəncə şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol