• $
  • €
  • ₽
  • ₺
  • £

Kəbirə Məmmədovanın şəriki kimdir? - Müdhiş məlumat

Kəbirə Məmmədovanın şəriki kimdir? - Müdhiş məlumat
19.08.2014 09:54
“Binə”nin sahibi haqda şok xəbər; türk iş adamları ticarət mərkəzinin rəhbərinin Dato adlı ortağının Moskvada oturduğunu deyirlər...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova ilə bağlı sensasion məlumat əldə etmişik. Bu məlumat sırf təsadüf nəticəsində Türkiyədən olan iş adamları tərəfindən verilib. Sən demə, K.Məmmədovanın biznes imperiyasında erməni iş ortağı var imiş. Türk iş adamları əməkdaşımıza deyiblər ki, onlar uzun illər “Sədərək” və “Binə” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlarla biznes tərəfdaşlığı edilər.Bu əməkdaşlıq nəticəsində ortada qarşılıqlı inam yaranıb və türk iş adamları azərbaycanlı tərəfdaşlarına külli məbləğdə dəyəri olan nisyə mal veriblər. “Sədərək” və “Binə”də baş verən yanğınlardan sonra azərbaycanlı iş adamları Türkiyədən olan biznesmenlərdən götürdükləri nisyə malın pulunu ödəməkdən imtina ediblər. Onlar türk adamlarına bildiriblər ki, bu yanğınlarda bütün malları yanıb külə dönüb və buna görə də müflis olublar. Azərbaycanlı iş adamlarının bu hərəkətlərindən şikayətlənən türk biznesmenlər deyiblər ki, onların mal verdikləri adamlardan cəmi bir neçəsi götürdüyü malın pulunu ödəyib. Onlardan biri də K.Məmmədovanın erməni şərikidir. Türk iş adamları bu barədə bunları deyiblər: “Azərbaycanda fəaliyyət göstərən onlarla biznesmenə mal vermişdik. ”Binə" və “Sədərək”dəki yanğınlardan sonra pulumuzu vermədilər. Dedilər ki, bütün mallarımız yanıb, məhv olmuşuq. Cəmi bir-iki adamdan pulumuzu aldıq. Onlardan biri də “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın erməni şəriki Datodur. Datodan pulumuzu ala bildik".Türk iş adamlarının sözlərinə görə, Dato K.Məmmədovanın biznes imperiyasının şərikidir və özü də Moskvada fəaliyyət göstərir.  Türkiyədən olan biznesmenlər Datonun Bakı ermənisi olub-olmadığını və bura gəlib-getdiyi barədə hər hansı məlumata malik deyillər. Biz də araşdırmalarımız zamanı bu şəxslə bağlı hər hansı məlumat əldə edə bilmədik. Amma araşdırmalarımız davam edir və K.Məmmədovanın erməni şəriki haqda araşdırmalarımız davam edir.Qeyd edək ki, son illərdə adıçəkilən ticarət mərkəzlərində bir neçə dəfə güclü yanğın baş verib və xeyli sahibkara böyük ziyan dəyib.Bu yanğınların qısaqapanmadan baş verdiyi bildirilsə də, ortada qəsd ehtimalının olması barədə də məlumatlar var. Bu yanğınlardan sonra xeyli sayda sahibkar müflis oldu, əmlakını, var-dövlətini itirdi. Hazırda Azərbaycanda ermənilərlə əlaqədə suçlanan bir neçə tanınmış ictimai-siyasi xadim həbsdədir. Bu ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilən “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus məhz ermənilərlə iş birliyində suçlanırlar. Onlar dövlətə xəyanət maddəsilə istintaq olunurlar. Xatırladaq ki, R.Mirqədirov aprel ayından, L.Yunus iyulun 30-dan, Arif Yunus isə avqustun 8-dən həbsdədirlər. Digər QHT rəhbərləri də “xarici qüvvələrin dəyirmanına su tökməkdə” suçlu bilinərək neçə aydır ki, basqı altındadırlar. Məhz bu arqumentlə xeyli sayda Qeyri-Hökumət Təşkilatının hesabı bağlanıb, bir neçə QHT rəhbəri istintaq altındadır. Belə bir məqamda bu informasiyanın ortaya çıxması düşünürük ki, hüquq-mühafizə orqanlarının diqqətini cəlb edəcək və müvafiq araşdırmalara başlayacaqlar. Məsələ ilə bağlı K.Məmmədovanı dinləməyə və mövqeyini dərc etməyə hazırıq. (musavat.com)ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol