• $
  • €
  • ₽
  • ₺
  • £

“Ramiz Mehdiyevin gedişi ilə yeni dövr başlayır”

“Ramiz Mehdiyevin gedişi ilə yeni dövr başlayır”
24.10.2019 14:33
REAL Partiyasının icra katibi Natiq Cəfərli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunmasından sonra ölkədə baş verə biləcək dəyişikliklərdən danışıb.

O, "Qafqazinfo”ya açıqlamasında bildirib ki,  bununla əslində böyük bir epoxa bağlanır: "Bir siyasi epoxa geridə qalır. Azərbaycanın müstəqilliyindən bəri həm Heydər Əliyevin, həm də İlham Əliyevin dövründə daxili  siyasətdə öz vəzifə səlahiyyətlərindən deyil, şəxsi əlaqələrindən və nüfuzundan doğan qərarvermə gücünə malik çox nüfuzlu bir şəxs siyasi səhnədən gedir. Ramiz Mehdiyev daxili siyasətdə həlledici qərarların verilməsində rol oynayan mühüm bir şəxsiyyət idi.

Yeni bir dövr başlayır. Amma bu, Prezident İlham Əliyevin və indiki hakim komandanın üzərinə  bir məsuliyyət də qoyur. Çünki əvvəllər ölkədə  hər hansı bir problem yaşananda, dəyişikliklər zəif gedəndə və islahatlar olmayanda bunu köhnə komanda adlandırılan Ramiz Mehdiyevin və onun ətrafında olan insanların maneçiliyi ilə izah edirdilər. Həm ölkə daxilində, həm də xaricində belə bir tendensiya var idi. İndi  bəzi məsələlər üzrə ciddi irəliləyişlər əldə olunmasa, məsələn, sivil toplum, media, siyasi partiyalara münasibətlə bağlı normal yeni yanaşma başlamasa, bunun məsuliyyətinin indiki yeni hakimiyyətin üzərində olduğu görünəcək. Yox, əgər doğrudan da ciddi irəliləyişlər olsa, o zaman məlum olacaq ki, illərdir deyilən məsələlərin təməlində həqiqətlər yatırmış”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol