Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

Azercell Telekom "InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən
"Eurasia İnnovation Day” və "Innovation Awards Gala” tədbirlərində iştirak edib
Məlumat üçün bildirək ki, dialoq platforması rolunu oynayan "Eurasia İnnovation Day” tədbirinə
siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri
qatılıb. Tədbir çərçivəsində texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin müzakirə
olunduğu 3 panel təşkil edilib. "Rəqəmsal əlaqə” adlı ilk paneldə
mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Paneldə "Azercell Telekom” MMC-nin
İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov da çıxış
edib. Krasimir Genov Azercell şirkətinin cari ilin iyun ayından etibarən
fəaliyyətinin yeni dövrünə qədəm qoyduğunu və abunəçilərinin qarşısına ölkənin
rəqəmsal həllər təqdim edən lider mobil operator olaraq çıxdığını bildirib. O,
həmçinin rəqəmsallığı gündəlik proseslərində və düşüncə
tərzində əks etdirən Azercell-in zənginləşən rəqəmsal məhsullar portfeli
haqqında da geniş məlumat təqdim edib.
İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.
Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən "InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və "Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.

www.anews.az
Rəqəmsal aləmin ən son yeniliklərini abunəçiləri
üçün əlçatan etməyi hədəfləyən ölkənin lider
mobil operatoru Azercell Telekom-un uğurlu fəaliyyəti diqqət mərkəzindədir.
Oktyabr ayının 23-ü Heydər Əliyev Mərkəzində "InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi və "Huawei” şirkətinin birgə təşkilatçılığı ilə "Eurasia Innovation Day” və
"Innovation Awards
Gala” mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı "İlin innovasiya
ekosistemi təmsilçisi”, "İlin innovasiya tədbiri”, "İlin innovasiya layihəsi”,
"İlin influenseri” və "İlin startapı” nominasiyaları üzrə qaliblərin adları
açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən
Azercell-in yeni brend kimliyinin təqdimatı "İlin innovasiya tədbiri” nominasiyası
üzrə qalib seçilərək, "Azərbaycan İnnovasiya Mükafatı”na
layiq görülüb. Xatırladaq
ki, Azercell-in yeni brend kimliyinin təqdimatı cari ilin iyun ayının 21-i Heydər
Əliyev Mərkəzində dövlət və biznes strukturlarının
rəsmilərinin, ictimai xadimlərin və mətbuat
nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbir zamanı qonaqlara Azərbaycanda
ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Mərkəzin
parkında təşkil edilən sərbəst girişli konsert zamanı isə ölkədə ilk dəfə
olaraq, 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in
köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm şou sərgiləyib.
İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.
Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən "InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və "Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























