Əli Həsənovun nəvəsinin törətdiyi qəzanın görüntüləri - VİDEO

Baş nazirin keçmiş müavini Əli Həsənovun ögey nəvəsi İlkin Əliyevin törətdiyi və ölümlə nəticələnən ağır qəzanın videogörüntüsü yayılıb.
Anews.az xəbər verir ki, oktyabrın 24-də Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.
Qeyd edilir ki, İlkin Əliyev Baş Nazirin sabiq müavini Əli Həsənovun ögey nəvəsidir. Belə ki, İ. Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.
Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsini icra edir. Buna qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini olub.
Xatırladaq ki, 2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu.
Məlumatı Bizimyol.info saytı yayıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























