• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabadda oğulun atasını döyərək öldürməsinin təfərrüatı məlum olub - VİDEO

Cəlilabadda oğulun atasını döyərək öldürməsinin təfərrüatı məlum olub - VİDEO
29.05.2020 06:25
Cəlilabad rayonunda oğulun atasını döyərək öldürməsinin təfərrüatı məlum olub.
"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə martın 30-da rayonun Göytəpə şəhərində qeydə alınıb. 
Belə ki, əvvəllər məhkum olunmuş, 1976-ci il təvəllüdlü Oktay Dadaşov yaşadığı evdə atası, 1936-ci il təvəllüdlü Feyzulla Dadaşovu münaqişə zəmində döyərək qətlə yetirib. 
Məlumata görə, münaqişəyə səbəb samovar olub. O.Dadaşov atasına məxsus samovarı ondan alaraq istifadə edib. Daha sonra F.Dadaşov oğlundan samovarı qaytarmağı tələb edib. O.Dadaşov samovarı qaytarsa da, atası samovarın onun olmadığını bildirib. Nəticədə tərəflər arasında münaqişə yaranıb. Bu zaman O.Dadaşov bel ilə atasına zərbələr vurub və pilləkandan aşağı itələyərək onu öldürüb.
Artıq polis əməkdaşları Oktay Dadaşovu saxlayıblar, ondan narkotik vasitə olan heroin götürülüb.
Qeyd edək ki, ata evin birinci mərtəbəsində, oğul isə evin ikinci mərtəbəsində yaşayırmış.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*** 12:41
Cəlilabad rayonunda oğul atasını döyərək qətlə yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə martın 30-da saat 2 radələrində rayonun Göytəpə şəhərində baş verib.
Belə ki, əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzulla Dadaşovu döyərək qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb. 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol