• $
  • €
  • ₽
  • ₺
  • £

ŞOK VİDEO!!! "BMW" ilə yoxa çıxan Elvinin meyiti görün haradan tapıldı

ŞOK VİDEO!!!  "BMW" ilə yoxa çıxan Elvinin meyiti görün haradan tapıldı
29.05.2020 06:25
Bakıda dəhşətli qətl hadisəsinin üstü açılıb.

Anews.az  APA TV-yə istinadla xəbər verir ki, sonuncu dəfə 10 gün əvvəl şəxsi "BMW”si ilə evindən çıxan paytaxt sakininin amansızlıqla öldürüldüyü məlum olub. Onun həyat yoldaşı isə polisə müraciət edib və ərinin itkin düşdüyünü bildirib.

Axtarışlar nəticəsində Elvin Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.

Oktyabrın 25-də isə Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda naməlum kişi meyiti aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin də iştirakı ilə öldürülən şəxsin Elvin Həbibzadə olduğu dəqiqləşib.


Əməliyyat-istintaq tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən şəxslər - Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayev saxlanılıb.

Məlum olub ki, onlar qabaqcadan cinayət əlaqəsinə girərək Elvin Həbibzadə ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək üçün onun avtomobili ilə oktyabrın 15-də axşam saatlarında Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər.

Maşında tərəflər arasında mübahisə daha da qızışıb. E.Həbibzadə S.Ələkbərovun və ailəsinin ünvanına söyüş söyüb, avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan E.Həbibzadənin boyun nahiyəsinə zərbə endirərək onu qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək, S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.

Səbuhi Ələkbərov və Rəşad Fətullayev barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol