• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda saatlar insanları çaşdırdı

Azərbaycanda saatlar insanları çaşdırdı
27.10.2019 15:09
Bu gün insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki smartfon telefonlarda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.
Məsələ burasındadır ki, 2016-cı ilədək oktyabrın sonuncu bazar günü ölkə ərazisində qış vaxtına keçid reallaşdırılırdı. Smartfonların saatı avtomatik olaraq 1 saat geri çəkməsi də bununla əlaqaədar olub.
Anews.az  xatırladır ki,  Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə ildir ki, Azərbaycan qış vaxtına keçid ləğv olunub.

Bu gün səhər isə bir çox vətəndaşlar telefonlarında saatın avtomatik bir saat geri  çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb.

Nəticədə kimisi yatıb qalaraq işə, kimisi səfərə çıxmağa, başqa biri hansısa mənzil başına gecikib.
Belə hadisələr bu ilin martında da yaşanmışdı...

Mütəxəssislər bildirir ki, bu, bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.
Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.
Qeyd edək ki, 2016-cı ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Əqrəblərin irəli və geri çəkilməsi hər il mart və oktyabr aylarının sonuncu bazar günü həyata keçirlirdi.

Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək, bu təcrübədən istifadə etməkdən imtina edib.

Azərbaycandan fərqli olaraq, bu gün bəzi ölkələrdə qış vaxtına keçid həyata keçirilib.
Mənbə:Modern.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol