• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış biznesmenə cinayət işi açılıb?

Tanınmış biznesmenə cinayət işi açılıb?
18.08.2014 15:19
“İş adamı Hafiz Məmmədov barəsində cinayət işi açılıb. Məşhur biznesmen korrupsiya və dələduzluqda ittiham olunur”.Axar.az-ın əldə etdiyi məlumatda o da bildirilir ki, uzun zamandır iş adamının fəaliyyəti araşdırılır. Bu araşdırma gizli saxlanılsa da, ciddi faktların ortaya çıxdığı və buna görə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin radikal addım atdığı iddia olunur.İddiada həmçinin Hafiz Məmmədova aid olan bütün biznes obyektlərində yoxlamalar aparıldığı və işçilərin şifahi şəkildə dindirildiyi qeyd olunur. “İş adamına aid “Bakı” Futbol Klubunun futbolçuları Əfran İsmayılov və Elvin Əliyevin klub prezidentləri Hafiz Məmmədova məxsus “Bank of Azerbaijan”da depozit kimi qoyduqları 750 min ABŞ dolları əmanətin bankda yoxa çıxması da araşdırılan məsələlər arasındadır”. Onu da deyək ki, adı çəkilən futbolçulardan Əfran İsmayılov faktı təsdiq edərək, 400 min ABŞ dolları dəyərində pulunun bankda yoxa çıxmasının Hafiz Məmmədovun düşdüyü çətin durumla əlaqəli olduğunu deyib:“Doğrudur, belə bir şey var. Biz pulumuzu bankdan götürə bilmirik. Öz adımdan danışsam, daha yaxşı olar. Banka müraciət etmişəm. Bilirik ki, Hafiz Məmmədovun maliyyə məsələləri ilə bağlı problemləri var. Bu problem bankdan da yan keçməyib. Gözləməyi məsləhət görüblər. İstənilən halda pulumu alacağam”.Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Axar.az-a danışaraq, qeyd edilən məsələ ilə bağlı onlarda heç bir məlumatın olmadığını bildirdi.Məsələni gündəmdə saxlayacağıq. (axar.az)ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol