• $
  • €
  • ₽
  • ₺
  • £

Maşınınızla bağlı bu qaydalara riayət etməsəz... - 2000 manat cəriməsi var

Maşınınızla bağlı bu qaydalara riayət etməsəz... - 2000 manat cəriməsi var
28.10.2019 11:30
Yol polisi əməkdaşları bu günlərdə sürücülük vəsiqəsi olmadan icarə avtomobil götürən şəxsi saxlayıb. Onun narkotik maddənin təsiri altında olduğu məlum olub, hətta avtomobilin yük hissəsindən marixuana da tapılıb. Məsələnin əsas tərəfi isə sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarə şirkətlərinin maşın verməsidir. Müştərilərə icarə avtomobil verilmə prosesi qanunlarla necə tənzimlənir? Sürücülük vəsiqəsi olmayan şəxslərə maşın verən şirkətləri hansı cəzalar gözləyir?


Mövzu ilə bağlı yol-nəqliyyat eksperti Ərşad Hüseynov Lent.az -a danışıb. Ekspert şirkətlərin sürücülük vəsiqəsi tələbinin vacibliyini vurğulayıb:


"İcarə avtomobil verən bütün fiziki və hüquqi şəxslər öz avtomobillərini yalnız sürücülük vəsiqəsi olan şəxslərə verə bilərlər. Yəni, kiminsə sürücülük hüququ və ya vəsiqəsi yoxdursa, ona icarə avtomobil verilə bilməz. Əks halda, bu həmin şirkətlərin özləri üçün böyük məsuliyyət yarada bilər. Onlar bilərəkdən avtomobili sürücülük vəsiqəsi olmayan şəxslərə versələr, həm inzibati məsuliyyətə cəlb olunarlar, həm də sığorta hadisəsi baş versə, heç bir sığorta təminatı olmayacaq. Proses belədir: icarə avtomobil götürmək istəyən şəxs sürücülük vəsiqəsini və tələb olunduğu təqdirdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.


Ərşad Hüseynov avtomobil icarə şirkətlərinin hər hansı sənəd tələb etmədiyi və sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verdiyi halda ziyanın daha çox şirkətə dəyəcəyini bildirib. Ekspert hətta sənəd tələb olunandan sonra da baş verə biləcək bəzi qanunsuz hərəkətlərdən də söz açıb:
"Məndə olan məlumata görə, avtomobil icarəyə verən şirkətlər bu qaydalara riayət edirlər. Çünki bu onların özü üçün maraqlıdır. Hər müraciət edənə maşın versələr, sonra bir sıra problemlərlə üzləşəcəklər. Ola bilər ki, kimsə tələb olunan qaydalara riayət edərək maşın götürür, ancaq sürmək üçün dostuna verir. Əksər "Rent a car”lar da bunu nəzərə alaraq müştərilərinə şifahi xəbərdarlıq edərək baş verəcək xoşagəlməz hallardan özlərini sığortalayırlar”.
Ərşad Hüseynov bundan əlavə icarəyə maşın verən şirkətlərin müştəriyə etibarnamə verdiklərini də deyib. Ekspert bunun əslində etibarnamə yox, icarə müqaviləsi olmasını qeyd edib. Onun sözlərinə görə, etibarnamə verilən adamın sürücülük vəsiqəsi olmasa, Dövlət Yol Polisi protokol tərtib edərək məhkəməyə göndərir. Bununla da icarə şirkəti 2000 manat cərimələnir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol