"Bandotel" Bakıda əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Nəsimi rayon sakini Samir Məmmədov Ziya Bünyadov prospektində tutulub. Onun idarə etdiyi "Mersedes” markalı avtomobilə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança və silahın sandıqçasından 8 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























