• $
  • €
  • ₽
  • ₺
  • £

Pozneri susduran azərbaycanlı: Sözümü kəsməyə cəhd etsə də, fikrimi səsləndirdim

Pozneri susduran azərbaycanlı: Sözümü kəsməyə cəhd etsə də, fikrimi səsləndirdim
28.10.2019 14:07
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniya Ştatında çıxışı zamanı Qarabağın ermənilərə məxsus olduğunu bildirib.

Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədova (Cahid) isə Qarabağın Azərbaycan torpağı olduğunu, söz azadlığının nifrət dolu fikirlər yaymaq olmadığını qeyd edib. O, cavabı ilə ermənipərəst jurnalisti susdurub və bununla diqqətləri üzərinə çəkib.
Yeniavaz.com xəbər verir ki, Arzu Cahid oxu.az-ın suallarını cavablandırıb.

- Amerika Birləşmiş Ştatlarında hansı sahə üzrə təhsil alırsınız?

- Artıq 10 aydır ki, Localization management (Lokalizasiyaların idarə edilməsi) üzrə təhsil alıram. Bu ABŞ üzrə yeni bir sahə sayılır. 
- Vladimir Poznerin olduğu tədbirə necə qatıldığınızdan danışın...

- Kaliforniya ştatında "Middlebury Institute of International Studies”də mühazirələr ənənəvi şəkildə olur. Mən xəbər tutdum ki, V.Pozner mühazirə üçün gələcək və o tədbirə qatıldım. Auditoriyada mühazirəni dinləyənlər müasir siyasətdən anlayışı olan tələbələr, ruslar, hərbi sahə üzrə təhsil alan tələbə və müəllimlər idi.

Sualımı mövzu ilə uyğunlaşdırmaqda məqsədim o idi ki, ABŞ auditoriyasına Azərbaycan və Qarabağ haqqında məlumat çatdırım. Sadəcə, populist sözlərlə yox, faktlarla danışmışam.

Bilirsiniz ki, ABŞ söz azadlığı əsasında qurulsa da, limitlər var və o nifrət dolu mesajlar, nitqdir. V.Pozner çıxışı zamanı "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir” dediyi zaman onun sözünü kəsdim və Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycan Respublikasının ərazisi olduğunu bildirdim. V.Pozner mənim sözümü yarımçıq kəsməyə cəəhd etsə də, mən fikrimi sona qədər səsləndirdim.

Mən onun diqqətinə çatdırdım ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri də var. Heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır.

Mən ona səsləndirdim ki, siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən, mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz.

Ona sual verdim ki, söz azadlığı ilə nifrət nitqi arasındakı xətt haradan keçir? V. Pozner sualdan yayınmağa çalışdı və Qarabağ mövzusunun auditoriyaya maraqlı olmadığını bildirdi.

- Auditoriyada əyləşənlər mühazirədən sonra məsələyə münasibətlərini bildirdilər?

- Tədbirdə olanların əksəriyyətinin Qarabağ haqqında məlumatı var idi. Poznerin tribunadan "Qarabağ heç kəsə maraqlı deyil və Qarabağdan heç kimi xəbəri yoxdur” deməsi yalan idi.

Tədbirdən sonra mühazirədə iştirak edənlər mənə yaxınlaşaraq, V. Poznerin səhv dediyini, onun sözdən yayındığını, vaxtı uzatdığını dedilər. Eyni zamanda, Qarabağ münaqişəsi barədə məlumatları olduqlarını bildirdilər və mənə dəstək oldular. 

- Sizcə, mühazirədən sonra Pozner sizin və auditoriyada olan insanların yaddaşında necə qaldı?

- V.Pozner auditoriyadakıların yaddaşında çox zəif qaldı. Burada hər kəs ondan maraqlı mühazirə gözləyirdi. ABŞ-ın və Rusiyanın dəyişən jurnalistika siması haqqında danışmalı idi. O isə Sovet İttifaqından danışdı. Çox maraqsız danışırdı və zaldakılar əsnəyirdi.

Çoxlarının yaddaşında olan nüfuzlu jurnalist, faktlarla danışan insan yox idi. Bir adam ki özünü jurnalist kimi təqdim edir və fakt olaraq Qarabağ Azərbaycanın torpağı ola-ola, deyir ki, Qarabağ Ermənistanındır.

Mən o adamı jurnalist adlandıra bilmərəm. Sən kimisə dəstəkləyə və ya dəstəkləməyə bilərsən, amma sən faktla danışmalısan. Mən onun Qarabağ haqqında heç bir anlayışı olmadığını gördüm. Belə deyim, V.Pozner auditoriyadakıların gözündən düşdü.

- Bu hadisədən sonra dünyada yaşayan azərbaycanlılardan sizə dəstək gəldimi?

- Bəli. Məni dəstəkləyən azərbaycanlılara təşəkkürümü bildirirəm. Mən inanılmaz dəstək gördüm. Dünyanın hər yerində yaşayan azərbaycanılar mənə dəstək dolu mesajlar yazırlar. Mənə "Kanadaya gəl, burada ailən var”, "Almaniya gəl, burada qardaşın var”, "Nyu-Yorkda yaşayıram, nə lazım olsa, de, gəlim” tipli mesajlar yazırlar. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol