Bakıda park yanır

Bakının Sabunçu rayonu ərazisində yerləşən parklardan birində yanğın başlayıb.Hadisə şahidlərinin lent.az-a verdiyi məlumata görə, metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında, Sabunçu Rayon İcra Hakimiyyəti və doğum evinin yaxınlığındakı parkda ağaclar yanmağa başlayıb. Xeyli ağacı bürüyən yanğını söndürmək üçün hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Sabunçu rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, alov 60 kvadrat metr sahəni əhatə edir və yanğının söndürülməsi üçün tədbirlər görülür.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























