• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə prezidenti: "İŞİD liderinin məhv edilməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir"

Türkiyə prezidenti: "İŞİD liderinin məhv edilməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir"
28.05.2020 21:17
"İŞİD terror qruplaşmasının liderinin məhv edilməsi terrorizmə qarşı müttəfiqlərimizlə birgə apardığımız mübarizədə vacib bir dönüş nöqtəsidir”.

APA "Anadolu”ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölü ələ keçməsinə dair açıqlamasından sonra "Twitter” səhifəsində yazıb.

"İŞİD terror qruplaşmasının liderinin məhv edilməsi terrorizmə qarşı müttəfiqlərimizlə birgə apardığımız mübarizədə vacib bir dönüş nöqtəsidir. Türkiyə bundan öncə olduğu kimi bundan sonra da terrorizmlə mübarizədə öz töhfəsini verməyə davam edəcək. İŞİD, PKK/YPG və digər terror təşkilatları ilə mübarizədə ən çox ziyan görən ölkə olaraq bu nəticəni məmnuniyyətlə qarşılayırıq. Terrora qarşı müttəfiqlik ruhuna uyğun, qətiyyətli bir müqavimət göstəriləcəyi təqdirdə bütün bəşəriyyətin əmin-amanlığa qovuşacağına qəlbdən inanıram”, - deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp əl-Bağdadinin məhv edildiyini təsdiqləyib. Onun sözlərinə görə, şənbə günü amerikalı hərbçilərin keçirdiyi əməliyyat zamanı terrorçu "ölüm kəməri”ni partladıb, buna baxmayaraq, terrorçunun həqiqətən əl-Bağdadi olduğu tez bir zamanda dəqiqləşdirilib. Bununla yanaşı, Tramp İŞİD liderinin məhv edilməsində göstərilən köməyə görə Rusiya, Türkiyə, Suriya və İraqa minnətdarlığını bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol