• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı?

Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı?
28.05.2020 17:59
Bu gün səhər saatlarında müğənni Fədayə Laçının azadlığa buraxıldığı bildirilir.

Anews.az Musavat.com-a istinadən xəbər verir ki, müxtəlif KİV nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasının önünı toplaşaraq, müğənninin azadlığa çıxmasımı gözləyir. Lakin müəssisənin rəisi Elnur İsmayılov müğənninin səhər saatlarında azadlığa buraxıldığımı bildirib. Lakin müğənninin vəkili Nirəngiz Qarayeva və bacısı İlahə Fəda jurnalistlərə açıqlamasında bildirirblər ki, yayılan məlumat doğru deyil: "Fədayə Laçın hələ ki, azadlığa buraxılmayıb. Təxminən bir saata müəssisədən buraxılacağını gözləyirik".

Maraqlıdır, ictimaiyyətin və medianın diqqətində olan tanınmış şəxsi azadlığa çıxmasında nəvar ki, buna məxfilik donu geydirilir?
Daha sonra təcridxananın rəisi Elnur İsmayılov müğənninin gizlin şəkildə azadlığa buraxıldığını deyərək, onun nömrəsini verib. Jurnalistlər həmin nömrə ilə əlaqə saxlayıblar və cavab verən Fədayə Laçın olduğunu deyib:
"Mən təcridxananın digər qapısından azadlığa buraxıldım. Çıxan zaman məni qarşılayan heç kim olmadı. Sakitcə taksiyə oturub, anamın yaşadığı evə gəldim. Heç bacımın da xəbəri yoxdur".

Qeyd edək ki, müğənninin vəkili və bacısı İlahə Fəda bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu gün başa çatır.

Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol