Bakıda DƏHŞƏT: Qardaş iki bacısını bıçaqlayıb öldürdü

Bakıda bacılarını qətlə yetirməkdə təqsirləndirilən Muxtar Əlimanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Qərara əsasən, M.Əlimanovun apellyasiya şikayəti təmin edilməyib.
Hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü M.Əlimanov ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.
Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan M.Əlimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























