• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA rəsmisi: 24 ton yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb

AQTA rəsmisi: 24 ton yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb
29.10.2019 12:55
Bu ilin doqquz ayı ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib. 

Anews.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən jurnalistlər üçün Heydər Əliyev adına Hava Limanında yerləşən Bakı Karqo Terminalına təşkil etdiyi infotur  zamanı AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib.
Onun sözlərinə görə, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir:

"Risk əsaslı yanaşmada üç meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır.
Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır.

Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur”. 
S.Rüstəmli bildirib ki, aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla  zərərsizləşdirilib:
"Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Geri qaytarılan məhsullar əsasən qonşu ölkələrdən gələn məhsullardır.

Əsasən, yay aylarında bunlar olub. Yay mövsümü əlaqədar olaraq meyvə tərəvəzlər olub. Qeyd edək ki, bu ilin ilk doqquz ayı ərzində 19997 qida təhlükəsizliyi sertifikatı verilib”.

Daha sonra AQTA əməkdaşları qida əlavəsi və şokoladdan nümunə götürərək Qida Təhlükəsizliyi İnstitutuna göndərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol