Tanınmış azərbaycanlı futbolçunun atasına hökm oxundu - arvadını öldürmüşdü - FOTO

Arvadını qətlə yetirdikdən sonra özünü öldürmək istəyən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Anews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hökmə əsasən Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Əvvəllər məhkumluq həyatı yaşamış, Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib.
Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orada onun həyatını xilas etmək mümkün olub.
Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun sözlərinə görə silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".
Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























