• $
  • €
  • ₽
  • ₺
  • £

"Uşaqları məktəbə göndərməyə ayaqqabı yoxdur" - FOTO

"Uşaqları məktəbə göndərməyə ayaqqabı yoxdur" - FOTO
28.05.2020 22:15
Övladlarını atan atanın aliment ödəmədiyi deyilir
Ağdaşın Qaradağlı kəndində yaşayan Qumru Rəsulovanın iki övladından heç biri yanında deyil. Oğlu Yusif başında şiş əmələ gəldiyindən nənəsi ilə xəstəxanada yatır. Qumru qızı Zəhranı isə saxlamaq üçün bacısına verməli olub.
"Uşağı müalicə etmək üçün kredit götürmüşəm”
Qumru Rəsulova deyir ki, həyat yoldaşı onları tərk edib başqa qadınla yaşayır. Aliment ödənməməsinə görə dəfələrlə məhkəmə icraçılarına, polisə müraciət edib, heç bir faydası olmayıb.
"Həyat yoldaşım uşaqlara baxmır. Şikayətə getdiyim yerlərdə də yola verirlər, kömək eləmirlər. Əlim heç yerə çatmır”, - Qumru belə deyir.
Qadının Qaradağlı kəndində yaşadığı ev həyat yoldaşından qalıb. Onsuz da şəraitsizdir, heç kim yaşamaq istəmir. Kommunal borclara görə qazı kəsiblər. Qumru deyir ki, işığı da kəsmişdilər, hətta bir müddət kənar xətdən istifadə etməli olub.
"Bu vəziyyətdə heç kim yaşamaz. Hər şeydən bezmişəm. Uşaqlarıma baxa bilmirəm. Marketdə işləyirəm, cəmi 150 manat maaş alıram. Bu pula yaşamaq mümkün deyil. İnanın, uşağı müalicə etmək üçün kredit götürmüşəm. Maaşın çox hissəsi buna gedir. Uşaqlarımı gətirib yanımda saxlaya da bilmirəm”, - qadın bildirir.
"Ondan-bundan pul diləndim”
Yusifin problemləri ortaya çıxıb. Nənəsi Mirvari xanım deyir ki, bir gecənin içində uşağın gözləri çəpləşib: "Əvvəlcə Mingəçevirə apardıq, dedilər, kəllə daxilində şiş var. Bakıya üz tutduq. Gəzmədiyim qapı qalmadı. Ondan-bundan pul diləndim. Bakıya o cür apardıq uşağı. Orda dedilər ki, şiş deyil, xaldı. Bizi sakitləşdirirdilər. Halbuki uşağın gözləri görmürdü. İndi gözünün biri görmür, o biri də torlu”.
Mirvari xanım nəvəsinin müalicəsinin düzgün aparılmadığını, dəqiq diaqnoz qoyulmadığını düşünür. Ayrı-ayrı xəstəxanaları gəzirlər, bu isə uşağın vəziyyətini yalnız ağırlaşdırır. Zaman Yusifin zərərinə işləyir.



Mirvari Rəsulova

"Heç bir həkim məsuliyyəti üzərinə götürmür. Əməliyyata onsuz da maddi gücümüz çatmır. Üstəlik, heç zəmanət də vermirlər. Deyirlər, üç-dörd ilə yavaş-yavaş düzələcək. Bu sözə də inanmaq olmur”, - Mirvari xanım belə deyir.
"Uşaqları məktəbə göndərməyə ayaqqabı yoxdu”
Mirvari xanım danışır ki, əslində, Ağdaşın Gürcüva kəndində evləri var, amma həyat yoldaşının qorxusundan gəlib Qaradağlıda qızı ilə birlikdə qalır. Çox ağır şərtlər altında yaşadıqlarını deyir. Evə Qumrunun aldığı 150 manat maaşdan başqa pul gəlmir.
"Yumurta yeməkdən birtəhər olmuşuq. Yaman gündəyik. Uşağa dərman almağa pulumuz yoxdu. Səsimizi eşitsinlər”, - Mirvari xanım deyir.
Qadın təssüflənir ki, qızının taleyi gətirmədi. Halbuki əmisi oğlu ilə evlənmişdi. "Məcnun kimi istəyirdi onu. Amma atıb getdi”, - bunu da Mirvari xanımdan eşidirik.
Mirvari deyir ki, heç olmasa, alimenti alsaydılar, acından ölməzdilər. Ayda 160 manat ödənməlidir.
Yusifin 7 yaşı tamam olub, sentyabrda birinci sinfə getməliydi. Xəstəlik uşağa göz açmağa imkan vermir. Zəhra isə imkansızlıqdan məktəbə gedə bilmir.
"Uşaqları məktəbə göndərməyə ayaqqabı yoxdu...”, - bunu sağollaşanda nənədən eşidirik...
 (meydan tv)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol