“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq” yarışı davam edir

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi
önəm verən "Nar”ın baş sponsorluğ ilə ölkənin ən maraqlı
intellektual yarışı olan "Breyn Rinq”in 14-cü mövsümü davam edir. 11 universitet və 15 region komandası arasında gedən gərgin
mübarizədə oktyabr ayının qalibi "Nar” komandası olub. Hər
il olduğu kimi bu il də mobil operator intellektual verilişin izləyicilərinə
hədiyyə qazanmaq şansı verir. Belə ki, veriliş efirdə yayımlandığı zaman
"Nar”-ın "Facebook” səhifəsində qoyulmuş suala ən tez cavab verənlər hədiyyə qazana bilər.
Oktyabr ayı ərzində səhifədə paylaşılan suala ən tez cavab verənlər Rahil
Dadaşlı, Orxan Abbasov, Mahira Sadıqova,
Əli Məmmədov, Elcin Allahverdili və Niko Sadıqovdur.
Qeyd edək ki, "Nar” gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif intellektual oyunları dəstəkləyir.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























