• $
  • €
  • ₽
  • ₺
  • £

Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi - Ağstafadakı cinayətin təfərrüatı

Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi - Ağstafadakı cinayətin təfərrüatı
29.05.2020 10:50
Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisəni törədən 1989-cu il təvəllüdlü Sərxan Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə kəndin çayxanasına gəkərək ov tüfəngi ilə əmisi Qabil Məmmədova atəş açıb. 

Bu zaman Q.Məmmədovun yanında olan Yusif Əsgər oğlu Əlləcov da müxtəlif xəsarətlər alıb.

İlkin məlumatlara görə, hadisəyə bir gün öncə kənddə toy məclisində yaranan anlaşılmazlıq səbəb olub. 
Əmisi içkili vəziyyətdə olan S.Məmmədova özünü yaxşı aparması barədə xəbərdarlıq edib və ona davranışları ilə bağlı irad tutub. Bu gün isə S.Məmmədov əmisi ilə yarımçıq qalan söhbətini davam etdirmək qərarına gəlib. Əmisinin olduğu çayxanaya gələrək onu güllələyib. 

S.Məmmədov artıq polis tərəfindən saxlanılıb.
Yaralıların vəziyyəti orta-ağırdır.
Baş Prokurorluqda Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, eləcə də, ekspertizalar təyin edilib.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

İlkin istintaqla hadisənin Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də, iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol