• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir Bakı məktəbində qalmaqallı səsyazısı: “20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?”- AUDİO

Daha bir Bakı məktəbində qalmaqallı səsyazısı: “20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?”- AUDİO
01.11.2019 18:56
Daha bir məktəblə bağlı qalmaqallı səsyazısı yayılıb.
Söhbət Nərimanov rayonu, M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdən gedir.
Cebhe.info-ya daxil olan səsyazmadan aydın olur ki, dil-ədəbiyyat müəllimi və sinif rəhbəri olan Toyzu Mustafayeva valideynlərdən pul tələb edir. Müəllim valideynlərlə təmas qurduğu "votsap” qrupuna səsli mesaj göndərərək, fond, süpürgə, jurnal, təmir və s. üçün pul istəyib. Hətta şagirdləri oğurluqda ittiham edib. Müəllimin səsyazısından bir hissəni təqdim edirik:
"Amma siz də gəlin məni incitməyin də... Axı 20 manat nə olan şeydir ki, siz onu vermək istəmirsiz? Mənim heç kimə borcum yoxdur ki, maaşımı alım və kiminsə uşağının ayağının altını süpürtdürüm. Hər dəfə uşaqlara deyirəm ki, pulu niyə gətirməmisiniz? Onlar da deyir ki, valideynimizə demişik. Sinfin təmizliyi, dəhlizin təmir edilməsi, "katric”in doldurulması, sinif adına alınan qəzet, sinifdə nəsə qırılsa, hamısı valideynlərin hesabına olur. Bunu rəhbərlik də, nazirlik də bilir”. 
193 nömrəıli məktəbin direktoru Rahim Hüseynov Cebhe.info-ya açıqlamasında Toyzu Mustafayevanın sinif rəhbərliyindən kənarlaşdığını deyib: "Məsələdən xəbərdar olmuşuq və müəllimi sinif rəhbərliyindən kənarlaşdırmışıq".
Səsyazısının tam versiyasını buradan izləyə bilərsiniz:
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol