• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Mobil Diş Klinikası” ödənişsiz müayinələrin təşkilini davam etdirir

Azercell-in “Mobil Diş Klinikası” ödənişsiz müayinələrin təşkilini davam etdirir
02.11.2019 14:30
Ölkənin rəqəmsal həllər təqdim edən lider operatoru "Azercell Telekom” MMC həm də Korporativ Sosial Məsuliyyət proqramlarının daimi təşəbbüskarı və iştirakçısı kimi tanınır.
 
"Mobil Diş Klinikası” şirkətin sosial əhəmiyyət daşıyan layihələrindən biridir. Fəaliyyəti boyunca 4 mindən çox insana yardım etmiş klinika oktyabr ayında Qaradağ rayonu, Sahil qəsəbəsinə səfər edib. Bir ay davam edən müayinə və müalicə tədbirlərindən aztəminatlı və məcburi köçkün ailələrindən olan uşaqlar, habelə sağlamlıq imkanları məhdud körpələr yararlanıb. Ümumilikdə 118 uşağa tibbi yardım göstərilib. 


Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan "Azercell Telekom” MMC "Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları və qaçqın düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir. 


Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.


















www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol