• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni nəhəng ticarət mərkəzi açılır

Bakıda yeni nəhəng ticarət mərkəzi açılır
04.11.2019 14:25
Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir.

Anews.az xəbər verira ki, 2020-ci ilin fevralında Xəzərin sahilində hələlik ölkənin ən byöük ticarət mərkəzi sayılan «Dəniz Mall» işə düşəcək.
Sidney Operası stilində, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzində 5 mərtəbə  var. Sahəsi 120 min kvadratmetr olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema olacaq. Mərkəzin 2019-cu ilin sonuna açılacağı bildirilsə də bu müddət bir neçə ay gecikib və mərkəzdən verilən məlumata görə, 2020-ci ildən ziyarətçiləri qəbul edəcək. Layihənin müəllifləri «Dəniz Mall»ın ölkənin əsas əyləncə meydançası olacağını bildirirlər.


Mərkəzin binası 2007-ci ildə tanınmış dizayner Çapmanom Teylor tərəfindən layihələndirilib. Hazırlıq işləri elə o vaxt başlasa da, sonradan işlər dayanıb və yalnız 2014-cı ildən bərpa edilib.

Qeyd edək ki, əvvəlcə bu bina konqres mərkəzi, tədbirlərin və toyların keçiriləcəyi məkan kimi nəzərdə tutulub. Amma bu müddət ərzində Heydər Əliyev Mərkəzi və elə onun yaxınlığında Bakı Konqres mərkəzi işə düşüb. Nəticədə layihənin sifarişçiləri onu ənənəvi alış-veriş və ticarət məkanı kimi layihələndirməyi qərara alıblar.

Mərkəz ailəvi istirahət məkanı kimi nəzərdə tutulub və burada ticarət əyləncə obyektləri olacaq.
Artıq bir sıra tanınmış brendlər «Dəniz Mall»da olacaqlarını təsdiqləyiblər. Ticarət mərkəzində artıq 90% dükan yerlərinin icarəyə götürüldüyü bildirilir. Yeni mallda qiymətlərə gəlincə isə burada icarə qitmətlərinin digər mallardan fərqlənmədiyi bildirilib.
"Dəniz Mall"-da bu şirkətlərin olcağı artıq öz təsdiqini tapıb. 

"McDonald's", "Alma Store", "Cinema Plus", "Yargıcı", "Swarovski", "Kinder Land", "Etam", "Cinnabon", "Flo", "Starbucks"(FED.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol