• $
  • €
  • ₽
  • ₺
  • £

"O səviyyəsiz hərəkət edib" - Namiq Abdullayevdən Əlibəylinin İDDİASINA CAVAB

"O səviyyəsiz hərəkət edib" - Namiq Abdullayevdən Əlibəylinin İDDİASINA CAVAB
05.11.2019 13:32
Teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.

Unikal.org xəbər verir ki, bu barədə E.Əlibəylinin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, hadisənin oktyabrın 19-da baş verdiyini bildirib: "Həmin gün qonşum tərəfindən siyasi motivlərə görə döülsəm də, bu günə kimi döyən şəxsin olimpiya çempionu Namiq Abdullayevin olması səbəbindən Daxili İşlər Nazirliyi susur. Bu ölkədə haqq-ədalətin olmadığı qənaətinə gəlirən. Döyülmək və söyülmək davası deyil, mənim davam, Avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatda yenicə çıxdığım yırtıq partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazada belə ağrıkəsiçi iynənin təsiri ilə yazıram".

Məsələ lə bağlı olimpiya çempionu Namiq Abdullayevin özü ilə əlaqə saxladıq. Unikal.org-a danışan keçmiş idmançı E.Əlibəylini tanımadığını deyib:
"Bu məsələnin mənə aidiyyatı yoxdur. O yalandan bu barədə yazıb. Onunla mənim heç bir tanışlığım yoxdur, nə də qonşum deyil. Kiminlə nə isə ədavəti olubsa, məni ora qatmağı düzgün deyil. Mən ümumiyyətlə yarış vaxtı xalça üzərində hakim nə qərar versə onunla razılaşan adamam. O ki, qaldı kənarda nə isə olsun. Bu mənə yaraşan bir hal deyil.  Onun düşüncəsi yoxdur? Özü də ali savadlı şəxsdir. 
Ya özünə haq, ya da bəraət qazandırmağa çalışır. Bilmirəm. Mən onun səviyyəsinə düşmək istəməzdim. O səviyyəsiz bir hərəkət edib. Məni hamı tanıyır, işim də bəllidir. Bilirlər ki, belə durumlardan uzaq biriyəm".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol