Sabunçu və Binəqədidə iki ev yanıb

Bakının Sabunçu və Binəqədi rayonlarında yanğınlar olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Binəqədi rayonunda isə ümumi sahəsi 97 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























