• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxt sürücülərinə növbəti XƏBƏRDARLIQ

Paytaxt sürücülərinə növbəti XƏBƏRDARLIQ
15.08.2014 20:50
Hazırda paytaxtın Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindan davam etdirildiyindən yolun həmin hissəsində bütün avtomobillərin hərəkəti məhdudlaşdırılıb və hərəkət istiqaməti Zərifə Əliyeva küçəsi ilə planlaşdırılıb.Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.Onun sözlərinə görə, hazırda pik vaxtı olduğundan həmin ərazidə sıxlıq yaşanır.V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərin diqqətinə çatdırır ki, Bülbül prospektindən Neftçilər prospekti istiqamətində hərəkət edənlər alternativ yol kimi Xaqani küçəsindən sola dönməklə Neftçilər prospekti istiqamətində və ya digər istiqamətlər üzrə hərəkət edə bilərlər.Həmin yolda asfalt örtüyünün çəkilməsi tam başa çatanadək bir daha sürücülərdən xahiş edilir ki, sıxlıq yaşanmaması üçün əvvəlcədən hərəkət istiqamətini müəyyənləşdirib Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətində hərəkət etmək istəyənlər alternativ yol kimi Səməd Vurğun və yaxud digər küçələrdən istifadə etsinlər.V.Əsədov onu da əlavə edib ki, yolda təmir işlərinin böyük hissəsi artıq görülüb və tezliklə başa çatacağı gözlənilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol