• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil sistemimizdəki YENİ DƏYİŞİKLİKLƏR

Təhsil sistemimizdəki YENİ DƏYİŞİKLİKLƏR
15.08.2014 20:00
Azərbaycanda yeni tədris ilinin uzadılması və tətil müddətlərinin dəyişdirilməsi ilə bağlı gözlənilən dəyişikliklər məlum oldu.

Hökumətdən "Trend"-ə verilən məlumata görə, artıq Təhsil Nazirliyi orta məktəblərdə yeni tədris ilinin uzadılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edib.Təkliflərə əsasən, dərslər sentyabrın 15-də başlayacaq, iyunun 14-də bitəcək. Belə olduqda dərs ilinin birinci və ikinci yarımillərinin müddətində də dəyişiklik olacaq.Təhsil Nazirliyinin bu təklifi qəbul olunarsa, tətillərin də müddəti dəyişdiriləcək. Əsasən qış tətilinin müddəti azaldılacaq.Bununla yanaşı, şagirdlər üçün yaz tətilinin müddətinin tarixləri də dəyişdiriləcək. Hazırda şagirdlər üçün bu tətil martın 16-dan 23-dək olan dövrü əhatə edir. Əgər TN-in təklifi bəyənilərsə, onda şagirdlər üçün bu tətil aprel ayı ərzində olacaq.Novruz bayramı günlərində isə ölkənin digər dövlət qurumlarında olduğu kimi, orta məktəblərdə də qeyri-iş günləri olacaq və şagirdlər həmin günlərdə də istirahət edə biləcəklər.TN-in təklifi qəbul edildikdən sonra orta məktəblərdəki tətillərin müddəti daha dəqiq müəyyən ediləcək. Dərs ilinin uzadılması şagirdlərin dərs yükünün azaltmağa xidmət edir.Qeyd edək ki, digər ölkələrlə müqayisədə Azərbaycanda tədris həftələrinin sayı azdır. Bir çox ölkələrdə bu müddət 38, bəzi ölkələrdə 40-43 həftəyə çatır. Hazırda dərs ili I siniflərdə 31, II-XI siniflərdə 32 tədris həftəsindən ibarətdir. Dərs məşğələləri sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Birinci yarımil 15 sentyabr - 29 dekabr, ikinci yarımil 6 yanvar - 31 may tarixlərini əhatə edir.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol