• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda insanı sarsıdan olay - Nişanlı gənclər YANAŞI DƏFN EDİLDİLƏR - FOTO

Azərbaycanda insanı sarsıdan olay - Nişanlı gənclər YANAŞI DƏFN EDİLDİLƏR - FOTO
06.11.2019 11:08
Bugünlərdə Yardımlı rayonunda baş verən hadisə hər kəsi təsirləndirib.
Publika.az xəbər verir ki, Yardımlı sakini Hüseynov Azər Hüseynağa oğlu uzun sürən xəstəlik səbəbindən vəfat edib və öz vəsiyyəti ilə 5 il əvvəl dünyasını dəyişmiş qızın yanında dəfn edilib.

Belə ki, 1985-ci il təvəllüdlü Azər Hüseynovun nişanlısı, rayonun Osnakəran kənd sakini Əsgərzadə Gülərl Barat qızı 2014-cü ildə ürək çatışmazlığından vəfat edəndən sonra Azər xiffətdən ağır xəstəliyə düçar olub. Ağ ciyərində problemlər səbəbindən xeyli müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 10 noyabrda 34-cü doğum günün qeyd edəcək olan Azər tibbi müdaxilələrə baxmayaraq vəfat edib. O, ölümündən əvvəl sevdiyi qızın yanında dəfn edilməsini vəsiyyət edib. Beləliklə Azər Hüseynovun cənazəsi yaşadığı Yardımlı şəhərindən bir vaxtlar nişanlısının yaşadığı kəndin məzarlığına gətirilib və Gülərin yanında dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, nişanlısı vəfat edəndən sonra ailə üzvləri Azərə başqası ilə nişanlanmağı, ailə qurmağı tövsiyyə və vadar etsələr də, o razılaşmayıb və bir müddət sonra ağır xəstəliyə düçar olub.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol