• $
  • €
  • ₽
  • ₺
  • £

Azər Qasımlı istefa verdi - FOTO

Azər Qasımlı istefa verdi - FOTO
29.05.2020 00:12
Azər Qasımlı ReAL Partiyasından istefa verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə qərarını bu gün baş tutan mətbuat konfransında deyib.

Bildirib ki, istefasına səbəb İlqar Məmmədovun təklif etdiyi yeni təkliflər paketidir:

"Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.


İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək. Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək. Ən önəmli məqamlardan biri odur ki, məclisin olmaması o deməkdir ki, idarə heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə bu cür biabırçı vəziyyət yoxdur. 

Üzvlərlə idarə heyəti arasında kommunukasiya qalmayacaq. Biz bunları qəbul edə bilməzdik. İdarə heyətinin iclasında mən öz qəti fikrimi bildirdim və belə struktura gediləcəksə, özümü burada görmədiyimi dedim. 

Nizamnamədə dəyişikliklər olacaqsa, bu, qurultayda olmalıdır. İlqar Məmmədov öz yeni layihəsində bununla bağlı bir söz deməsə də, şəxsi fikrim belədir ki, belə bir əcaib və avtoritar layihə təklif edən şəxs irəlidə məhz nizamnamənin də idarə heyətində dəyişə biləcəyini təklif edəcək".

Qeyd edək ki, A. Qasımlı ReAl Partiyası Məclisinin başqanı idi.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol