“Azərişıq” gizlənqaç oynayarkən transformatorda yanan qızla bağlı məlumat yaydı

"Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib.
"Bu, xoşagəlməz hadisə baş verdiyi gündən etibarən doqquz yaşlı Zəhranın vəziyyəti rəhbərliyin diqqət mərkəzində olub:
Hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün "Azərişıq” əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib.
Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi, bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























