• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbuldan SON XƏBƏR - Oqtay Gülalıyevin həyat yoldaşı AÇIQLAMA VERDİ - VİDEO

İstanbuldan SON XƏBƏR - Oqtay Gülalıyevin həyat yoldaşı AÇIQLAMA VERDİ - VİDEO
29.05.2020 05:22
Hüquq müdafiəçisi Oqtay Gülalıyev üçün Heydər Əliyev Fondu tərəfindən ayrılmış ambulans təyyarə müvəffəqiyyətlə Türkiyəyə çatıb.

Həkimlər və tibb personalı səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku.Tv-yə açıqlama verib:

"Mən ora getdim, xəstəni gördüm, bəzi təkliflər verdim. Sonra xəstə yaxınlarının buraya gəlməyə üstünlük verməsi nəticəsində Heydər Əliyev Fondunun dəstəyilə lazımi şərait yaradıldı. Xüsusi təyyarə ilə kritik şərtlər altında İstanbula gəldik”.

Hüquq müdafiəçisi O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva hüquq müdafiəçisinin müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib:


"Xəstə artıq əməliyyat olunub. Yaxşı ki Heydər Əliyev Fondu bunu öz üzərinə götürdü və biz onu Türkiyəyə gətirdik”.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku TV-yə son məlumatları da çatdırıb:

"Müalicə deyil, baxım mərhələsindəyik. Müalicə onun əməliyyat olması idi. Əməliyyatdan sonra onun beyninin zərər görmüş hissəsini sağaltmağa çalışacağıq. Bir az vaxta ehtiyacımız var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. Bu gün o, türkiyəli mütəxəssislərin iştirakı ilə İstanbula aparılıb və orada əməliyyat olunub.
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol